Trendyoldan Azərbaycana Sifariş Qaydası

04.11.2021

Trendyoldan Azərbaycana Sifariş Qaydası

Trendyol-dan Azərbaycana Sifariş Qaydası - Ətraflı İzah 

 

Türkiyənin ən böyük elektron ticarət platforması olan Trendyol-dan Azərbaycana sifariş etmək istəyirsiniz? Sifariş zamanı ödəniş və çatdırılma ilə bağlı suallarınız varsa bu blogu sona qədər oxuyaraq bütün suallarınıza cavab tapa biləcəksiniz. Bu yazıda Trendyol.com internet saytından qeydiyyatı sifarişi və ödəniş prosedurları pillə pillə izah ediləcəkdir.

İlk olaraq gəlin Trendyol-u tanıyaq.

Trendyol.com

Trendyol.com (qısaca trendyol) İstanbul mərkəzli e-ticarət platformasıdır. İkinci əl məhsullar satışı həyata keçirilən “Dolap” platforması, Trendyol Express nəqliyyat şəbəkəsi və rəqəmsal transformasiyaya yönəlmiş Ar-Ge mərkəzi olan Trendyol Tech bu quruluşun tərkib hissələridir. Trendyol Group adını istifadə edən platforma Trendyol Express-də kuryerlər və xidmət təminatçıları da daxil olmaqla ümumilikdə 4000 şəxsi iş ilə təmin etməkdədir.

Trendyol 2010-cu ildə Demet Mutlunun rəhbərliyi ilə təsis edilib. Böyüməsinə paralel olaraq, məhsul və xidmətlərini genişləndirdi və bazar yeri iş modelinə keçdi. Moda, elektronika, ev və mebel, qida, ana-uşaq, kosmetika kimi bir çox kateqoriyada müştərilərinə hər il 300 milyondan çox məhsul təqdim edilməkdədir. İldə 15 milyondan çox müştərisi və aylıq 180 milyon mobil ziyarəti olan platformanın mobil tətbiqi bu günə qədər 45 milyon dəfə endirilib. Özünü texnologiya şirkəti olaraq təyin edən Trendyol, öz sistemi ilə alış-verişi rəqəmsallaşdırır.

Trendyol-dan Sifariş Qaydası

Trendyol Qeydiyyatı

    Trendyoldan sifariş üçün ilk olaraq saytda qeydiyyatdan keçmək lazımdır. Bunun üçün Trendyol.com adresinə daxil olursunuz. Ekranın sağ üst tərəfində qeyd edilən “giriş yap” ikonuna klik edirsiniz və “üye ol” seçimini seçirsiniz. “Üye ol”-a klik etdikdən sonra artıq qeydiyyat səhifəsi açılacaqdır. Bu səhifədə lazım olan məlumatları qeyd edərək qeydiyyatınızı tamamlaya bilərsiniz. Qeydiyyat zamanı lazım olan məlumatlar aşağıdakılardır:.

E-mail yəni Elektron Poçt Adresi

Şifrə - ən az 7 simboldan ibarət olmalı və tərkibində hərf və rəqəmlər yer almalıdır

Cinsiyyət seçimi - qadın vəya kişi

Trendyol-da qeydiyyatı tamamladıqdan sonra qeyd etmiş olduğunuz mail adresini və şifrənizi daxil edərək ödənişi həyata keçirirsiniz. 

Trendyoldan Alış-veriş

Trendyolda qeydiyyatdan keçdikdən sonra mailinizi və şifrənizi qeyd edərək hesabınıza daxil olursunuz və almaq istədiyiniz məhsulları səbətinizə əlavə edirsiniz. Məhsulları səbətinizə əlavə etdikdən sonra məhsullar bağlama şəklində göndəriləcəkdir. Bu zaman məhsullar eyni satıcıdan alındıqda eyni bağlamada göndərilir ancaq fərqli mağazalardan sifariş edildikdə ayrı bağlamalarda göndəriş həyata keçirilir.  Məhsulları seçib səbətə əlavə etdikdən sonra isə ünvan və ödəniş məlumatlarını da qeyd edib sifarişinizi tammalayırsınız. 

Trendyol-da Çatdırılma Ünvanı

    Məhsulları seçdikdən sonra Türkiyədə çatdırılacaq adresi qeyd edirsiniz. Bu zaman Velocity hesabınızda qeyd edilən ünvanlarım bölməsindəki adresi uyğun olaraq kopyalayıb yapışdırmalısınız. Ünvan hissəsində uyğun olaraq:

Ad : Öz adınız

Soyad : Soyadınız

Telefon : Saytımızda qeyd edilən telefon nömrəsi qeyd edilir

İl: İstanbul

İlçe: Çatalca

Mahalle: Muratbey Merkez Mahellesi

Adres: (VL ilə başlayanMüştəri kodunuz) Muratbey mah. Çayıryolu cad. No 37

Adres Başlığı: Velocity LTD

Ünvan məlumatları qeyd edildikdən sonra “Kaydet” düyməsinə klik edib bu prosesi yekunlaşdırırsınız.

Trendyol-da Ödəniş

    Məhsulları seçib səbətə əlavə etdikdən sonraki işlərdən biri də ödəniş edib sifarişi tamamlamaqdır. Bunun üçün “Ödeme Seçenekleri”-ne klik edirsiniz və kart əlavə et-i seçirsiniz. Bu zaman açılan kart bilgiləri olan hissəyə aşağıdaki məlumatları daxil etməniz lazımdır.

Kart Numarası: Kartın üzərindəki 16 rəqəmli kod

Son Kullanma Tarihi: Kartın üzərindəki tarix

CVV: Kartın arxasındakı 3 rəqəmli kod

    Bu məlumatları daxil etdikdən sonra kartın bağlı olduğu nömrəyə şifrə göndəriləcəkdir. Bu şifrəni də 2 dəqiqə ərzində qeyd edilən hissəyə əlavə etdikdə ödənişiniz tamamlanmış olur. Qeyd edək ki, ödəniş edə bilmək üçün kartın 3D Secury funkiyasının açıq olması lazımdır. Əgər bu funksiya açıq deyilsə bankınızla əlaqə yaradıb açılmasını tılıb edə bilərsiniz. 

Sifarişin Bəyanı

    Trendyol-da sifarişinizi tammaladıqdan sonra məhsullar bağlama şəklində Türkiyə daxili karqoya verilir və daha sonra bizim Türkiyədəki anbarımıza təhvil verilir. Bağlama Türkiyə daxili karqoya verildikdən sonra isə istifadəçilər Velocity hesablarına daxil olub bağlamalarını bəyan etməlidirlər. Bu zaman Velocity hesabınıza daxil olub “Bəyan et” düyməsinə klik edirsiniz və açılan yeni pəncərədə aşağıdaki məlumatları doldurursunuz.

İzləmə nömrəsi: Türkiyə daxili karqo tərəfindən təyin olunan “gönderi numrası” vəya “teslimat numrası”

Mağaza adı: Trendyol

Kateqoriya: Məhsulun növü

İnvoys qiyməti: Məhsulun alış qiyməti

Məzənnə: TL

İnvoys: Məhsulun fakturası (əgər yoxdursa məhsulun şəkli və qiyməti olan hissəsinin screen shootı)

Əlavə qeyd: Qeydiniz varsa yaza bilərsiniz yoxdursa boş buraxa bilərsiniz

Əlavə xidmət sifarişi: Məhsulun invoysla yoxlanması kimi xidmətləri seçə bilərsiniz

    Məlumatlar düzgün şəkildə qeyd edildikdən sonra Bəyan et- düyməsini sıxırsınız və saytımızdaki bəyan prosesini də tamamlamış olursunuz. 


Bütün yeniliklər