Sifariş zamanı sizi ən çox maraqlandıran sualları cavabladıq.
Velocity.az - da qeydiyyatdan keçin
Qeydiyyatdan keçməklə Türkiyə və Amerikada xarici ünvana sahib olacaqsınız və hesabınızda ünvanlar qeyd olunacaq.
Sifarişi ünvana göndərin
Onlayn mağazalardan alış-veriş edərkən bağlamanızın çatdırılacağı ünvan hissəsinə saytımızda qeyd edilən ünvanı yazın və ödəniş edib sifarişinizi tamamlayın.
Bağlamanızı təhvil alın
Anbarımıza təhvil verilmiş məhsulu Türkiyədən1-5 iş günü Amerikadan 3-10 iş günü ərzində Azərbaycana çatdırırıq.
Velocity şirkəti bağlamaların poçt ilə Azərbaycanda istənilən ünvana çatdırılmasını həyata keçirir.
"Mənim üçün Sifariş Et" xidməti.
Daşınılan bütün bağlamaların ödənişsiz olaraq sığortalanması.
Türkiyədə qapıda ödəmə ("Kapıda ödəmə") xidməti.
Ödənişsiz kuryer xidməti.
Minimal çatdırılma tarifləri $1-dan başlayan qiymətlər.
Sürətli çatdırılma xidməti.
Ofisin şəhər mərkəzində və əlverişli ünvanda yerləşməsi.
Operativ müştəri xidmətləri.
Bağlamaların çatdırılma müddəti məhsul xarici anbarımıza daxil olduğu vaxtdan hesablanır. Türkiyədən yüklərin göndərişi həftədə 2 dəfə Amerikadan həftədə 1 dəfə həyata keçirilir. Bağlamanız anbarımıza daxil olduqdan sonra Türkiyədən 1- 5 iş günü Amerikadan 3-7 iş günü ərzində Azərbaycana çatdırılır.
Gecikmələrin yaranmaması və bağlama hesabında əks olunması üçün müştəri şəxsi hesabına daxil olaraq, sifarişi haqqında məlumatı əvvəlcədən bəyan etməlidir. Bəyənnamə - müştərinin sifariş etdiyi bağlama haqqında yük xarici anbara daxil olmazdan ƏVVƏL Velocity.az şəxsi hesabında “BƏYAN ET” bölməsində məlumat verməsidir. Sifariş haqqında məlumat bağlama xarici anbarlara çatdırılmamışdan əvvəl qeyd olunmalıdır. Yükün bəyan edilməsi yalnız bağlama satıcı tərəfindən kuryerə verildikdən və izləmə nömrəsi (Tracking number,Teslimat no,Gönderi numarası, Kargo takip numarası, Barkod no, MNG kargoda Fatura No) təqdim edildikdən sonra mümkündür. Bağlama “sipariş numarası” ilə bəyan oluna bilməz. Bəyənnamədə bağlamanın izləmə nömrəsi( izləmə nömrəsi bölməsinə bu nömrələrdən birini yazmaq olar: “Tracking number”, "Teslimat no", “Gönderi numarası”, Kargo takip numarası, Barkod no) mağaza adı, məhsulun kategoriyası qeyd edilir və satıcı tərəfindən təqdim edilmiş invoys sənədi (fatura) əlavə edilir.
İstisnalar:
Nadir hallarda satıcılar müştərinin bağlamasını izləmə nömrəsi (tracking number) təyin etmədən göndərir. Bu halda yalnız bağlama anbara daxil olduqdan sonra bəyannamə doldurulmalıdır.
Məlumatların düzgün qeyd edilməsi bağlamanın vaxtında çatdırılmasının ilkin şərtidir.
Bağlamanın düzgün bəyan olunması qaydası ilə və bəyannamə ilə bağlı bütün suallarınıza video təlimatda cavab tapa bilərsiniz.
https://youtu.be/Grh5fu9mnw0
Hörmətli müştərilər, son dövrlərdə xaricdən onlayn sifariş edənlərin sayının xeyli artmasını nəzərə alaraq "Smart Customs" tətbiqində və ya e.customs.gov.az portalında bəyan etdikdə 300 dollar limitini keçən hissəsinin vergisini ödəyərək saxlanc haqqı olmadan, gömrük orqanlarına getmədən və ya broker xidmətindən istifadə etmədən bağlamalarınızı əldə etmək imkanına sahib olursunuz.Bunun üçün sadəcə göndərilən bütün bağlamalarınızı "Smart Customs" -da bəyan edərkən qeyd olunan vergi ödənişini edirsiniz və bizə məlumat verirsiniz.Müştərilər eyni zamanda bağlamaların gömrük anbarından saxlanc haqqından da (İlk gün üçün 15 AZN, sonraki hər gün üçün 2 AZN) azad edilirlər.
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən 21 sentyabr 2020-ci il tarixindən etibarən fiziki şəxslər hər təqvim ayı ərzində ölkəyə ümumi dəyəri 300 ABŞ dolları ekvivalentindən artıq olmayan yük idxal edə bilər.(mehsul dəyəri+ çatdırılma haqqı)
Ümumi dəyəri 300 ABŞ dollarından çox olduqda qanunvericiliyə uyğun olaraq gömrük rüsumu ödənilir.
300 ABŞ dolları limitinə əşyanın öz dəyəri və saxlanılan bağlamanın daşınma haqqı daxildir.
Bağlama təyin olunmuş limitin aşıldığı halda yalnız limiti keçmiş hissə üçün gömrük rüsumu hesablanacaqdır.
Bağlamanın BCT-də saxlanması zamanı ilk gün 15 AZN, sonrakı hər gün üçün 2 AZN (1 avro) saxlanma haqqı hesablanır.
Xahiş edirik, sifariş verərkən diqqətli olun!
Bağlamaların daşınma haqqı müştərinin istəyinə görə Velocity.az saytından onlayn, ofisdə nağd və ya POS-terminal vasitəsi ilə həyata keçirilə bilər.
Bakı ofisində olan bağlamalarınızı başqa bir şəxsin, Sizin adınıza bağlamanı təhvil alması üçün etibarnamə verə bilərsiniz. Bunun üçün Siz saytımızda hesabınıza daxil olub, şəxsi hesabda "Etibarnamələr" bölməsindən bağlamanı təhvil almasını istədiyiniz şəxsin şəxsiyyət vəsiqəsində olan məlumatları daxil edib, ona etibarnamə verə bilərsiniz. Etibarnamə verdiyiniz şəxs Sizin müştəri kodu və öz şəxsiyyət vəsiqəsi ilə yaxınlaşıb, bağlamanı təhvil ala bilər. Siz istənilən qədər etibarnamə əlavə edə bilərsiniz.
Daşınması qadağan olan məhsullar:
Dezodorantlar.
Mobil telefonlar.
Müxtəlif növ batareyalar, powerbank-lar.
Qida məhsulları
Hər cür silah növləri, döyüş sursatı, hərbi təyinatlı hər cür əşyalar, partlayıcı maddələr, hərbi texnika.
Partlayıcı, tezalışan və ya digər təhlükəli maddələr, eləcə də radioaktiv maddələr və onların hazırlanması texnologiyasına aid materiallar.
Narkotik və psixotrop maddələr, onlardan istifadə üçün ləvazimat, həmçinin hazırlanması texnologiyasına aid materiallar.
Pornoqrafik əşyalar, əxlaq pozğunluğunu, zorakılığını, terrorizmi təbliğ və reklam edən materiallar.
Canlı heyvanlar.
Bitki və toxumlar.
Gizli kameralar, xüsusi məxfi rabitə vasitələri, onların şifrələri və istismarı haqqında ədəbiyyat.
Müdafiə, Milli Təhlükəsizlik və Daxili İşlər Nazirliklərinin operativ istintaq fəaliyyəti üzrə informasiya sistemləri, sənədləri və arxivləri.
Dövlət əhəmiyyətli sənədlər, ixtiralar, layihələr.
Zinyət əşyaları, qiymətli metallar və qiymətli daşlar.
Pul əskinasları, sikkələr.
Akkumulyatorlar.
Batareyalar.
Mühərriklər.
Hover Board skuterlər.
Maşın yağları və maşın yağının olduğu bütün mallar.
Hava nəqliyyatı vasitəsi ilə daşınması qadağan olunan əşyalar.
Azərbaycan Respublikasının ərazisinə idxalı qadağan olunan əşyalar.
Türkiyədən litium batareyalar və batareyalara sahib texnikalar.
Türkiyədən sənət əsərləri, müxtəlif sənədlər.
Bu, Türkiyədən istənilən məhsulun alınmasına xidmət edən kompleks servis xidmətidir. Bu tip sifariş zamanı biz sizin adınızdan Türkiyə internet-mağazasından sifariş edirik. Satıcı ilə bütün müvafiq tədbir və danışıqları aparırıq. Bu halda bizim komissiyamız ümumi məhsulun dəyərinin 5% təşkil edəcək, Azərbaycana daşınma xidmət haqqı bu məbləğə daxil deyil.
Xidmətimizdən istifadə ilə bağlı tam məlumatı bu linkdən əldə edə bilərsiniz:
https://youtu.be/ANRNGXNbSds
Əgər sizin sifarişinizin yerinə yetirilməsi zamanı hər hansı problem yaranırsa ( məhsul stokda tükənə bilər və s) həmin vaxt ödədiyiniz məbləğ sizə geri qaytarılır. Qeyd 5 % bank komissiyası qaytarılmır. Ödənişin kart hesabınıza geri qayıtması, 5-15 gün bəzi bankların iş sistemindən asılı olaraq daha çox vaxt tələb edə bilər.
Bağlama onlayn mağazada tam qablaşdırıldıqdan sonra alıcıya çatdırılması üçün ölkə daxili kuryerlərə verilir. Kuryer xidməti öz növbəsində bağlamaya Tracking number ( İzləmə nömrəsi ) təyin edir.
Bu nömrələr bağlamaların bəyan olunması üçün lazımdır. Bu nömrələr ölkə daxili kuryerlərdən fərqli olaraq fərqli adlandırılır. Bağlamanı izləmək üçün UPS karqo “Tracking number”, Trendyol express “Gönderi numarası”, Yurtiçi karqo “Gönderi kodu”, Aras karqoda “Kargo takip numarası”, Trendyol express “Teslimat no”, PTT Kargo “barkod no”, MNG karqo “Fatura no”, Sürat Kargo “seri numarası” və s. təqdim edir.
Tracking number (izləmə nömrəsi) bağlamanın kuryerin anbarından təyinat məntəqəsinə çatdırılanadək mövqeyini izləməyə imkan yaradır.
İzləmə nömrəsi (Tracking number) hər bağlama üçün ayrı-ayrılıqda verilir, fərqli olur və təkrarlanmır.
Bağlamanız daşıyıcı şirkətin anbarına çatdırılanadək yükün mövqeyini daxili kuryer xidmətinin səhifəsində izləyə bilərsiniz.
“Onlayn kuryer” xidməti vasitəsilə Bakı anbarımıza daxil olan bağlamaların birbaşa ünvanınıza çatdırılmasını həyata keçiririk. Ofisə gəlmədən onlayn kuryer sifarişi ilə rahatlıqla bağlamalarınızı əldə edin.
Kuryer sifarişini Velocity.az saytına daxil olaraq onlayn formada həyata keçirə bilərsiniz. Bunun üçün Velocity.az saytında hesabınıza daxil olun, ”Kuryer sifarişi” bölməsinə keçid edərək “Yeni sifariş” düyməsinə klikləyin, açılan pəncərədə çatdırılmasını istədiyiniz bağlamaları seçib ”Şəhər, nişangah, ünvan, telefon, çatdırılma tarixi” bölmələrini dolduraraq “Yadda saxla” düyməsinə klikləyin.
Bağlamalarınızı 24 saat ərzində təhvil alacaqsınız. Bağlamaların daşınma haqqını istəyinizə görə onlayn və ya nağd şəkildə ödəyə bilərsiniz.
Onlayn alış-veriş hər kəsin haqqıdır. Buna görə də Azərbaycanın hansı bölgəsində olmağınızdan asılı olmayaraq bağlamalarınızı sizə çatdırırıq. Bildirək ki, poçt çatdırılması üçün sifariş bağlama Bakı ofisində olan zaman qəbul edilir.
Bağlamanızın poçtla göndərişini sifariş etmək üçün, daşınma haqqı və poçt ödənişi öncədən ödənilməlidir. ( “Daşınma balansı ” bölməsindən artıra bilərsiniz ). Bağlamalar dövlət poçtu ilə göndərilir və nəzərinizə çatdırırıq ki, poçt tariflərini dövlət poçtunun özü təyin edir. 1 kq üçün ödəniş 3 AZN-dir. Balansınızda ən az 5 AZN vəsait olmalıdır. Daşınma haqqı ödənilməli müştərinin hər hansı bir borcu olmamalıdır. Biz poçtla çatdırılma üçün Sizin balansınızdan yalnız dövlət poçtunun təyin etdiyini məbləği silirik. Artıq məbləğ balansınızda qalır. Poçtun çatdırılma müddəti, rayondan aslı olaraq 1-5 iş günü təşkil edir.
Biz anbarımıza daxil olan bütün bağlamaları ödənişsiz olaraq sığortalayırıq.
Həssas məhsullar olan bağlamaların ödənişsiz sığortalanma qaydalarını nəzərinizə çatdırırıq.
Beynəlxalq yük daşınma qaydalarına əsasən qablaşdırılmış, lazımı qoruyucu vasitələrlə əhatə olunmuş (hava yastıqları, penoplastlarlar olan, fiziki zədə olmayan) və qutu üzərinə məhsulun daşınma qaydaları barədə xüsusi işarələr (məsələn, “fragile”) əlavə olunmuş bütün həssas məhsulları ödənişsiz olaraq sığortalayırıq.
Xarici anbarın iş qrafiki aşağıdakı kimidir:
Türkiyə anbarı:
Bazar ertəsi – Cümə: 9:30 – 18:30
Şənbə: 9:30 – 16:00
Bazar: Qeyri-iş günü
Amerika anbarı
Bazar ertəsi – Cümə: 9:00 – 17:00
Şənbə: Qeyri- iş günü
Bazar: Qeyri-iş günü
Bakı ofisi:
Bazar ertəsi - Şənbə: 09:00 - 18:00
Bazar: qeyri iş günü
Gəncə ofisi:
Bazar ertəsi - Şənbə: 10:00 - 19:00
Bazar: qeyri iş günü